Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrində həyata keçirdiyi “Zeytun budağı” hərəkatı zamanı minlərlə terrorçu yaralanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yaralı terrorçulardan 1700-ü Menbicdən Haseke bölgəsinə göndərilib.
Onların bəziləri buradan Almaniya, Fransa və Danimarkaya yola salınıb. İlkin ehtimallara görə, bu günə qədər 70 terrorçu Avropadakı xəstəxanalara qəbul edilib.
Bununla bağlı adıçəkilən ölkələrdən heç bir rəsmi açıqlama verilməyib.