3 Aprel 2018 11:30
3 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası İstintaq Komitəsində Ukrayna Daxili İşlər naziri Arsen Avakova cinayət işi açılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

O bildirib ki, Avakov Rusiyada keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunur: "O, Ukraynadakı Rusiya vətəndaşlarının Kiyevdə, Lvovda, Odessada və Xarkovda rus diplomatik nümayəndəliklərində açılmış seçki məntəqələrinə girməsinə maneçilik törədib".

Qeyd edək ki, Ukraynanın yeni müvəqqəti daxili işlər naziri Arsen Borisoviç Avakov 1964-cü ilin yanvarın 2-də Bakının Binəqədi (keçmiş Kirov-red.) rayonunda hərbçi ailəsində anadan olub. O, 1988-ci ildə Xarkov Politexnik İnstitunu bitirib.

1992-ci ildə onun rəhbərliyi ilə “Bazis” bankı yaradılıb. 2002-ci ildə Xarkov şəhər Şurasının üzvü seçilib, 2004-cü ildə isə Viktor Yuşenkonun Xarkov bölgəsi üzrə regional qərargahının rəhbərinin müavini olub.

2005-2010-cu ildə isə Xarkov əyalətinin rəhbəri olub.


Müəllif: Samir

Oxşar xəbərlər