Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Qunduz vilayətini bombardman edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, həmin vaxt vilayətdə kütləvi tədbir keçirilib.
Tədbirə “Taliban” terror təşkilatının liderləri də qatılıb.
Hücum zamanı azı 100 dinc sakin həlak olub, 50-si yaralanıb.
Qunduz vilayətinin polis idarəsinin sözçüsü Enamuddin Rəhmaninin sözlərinə görə, hücum nəticəsində 25 terrorçu da öldürülüb.