Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, kral vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın rəhbərlik etdiyi heyəti qəbul etdiyi üçün Trampa təşəkkür edib.
Salman ibn Əbdüləziz ABŞ prezidenti ilə Fələstində baş verən son hadisələri, eləcə də Yəmən böhranı və İran məsələlərini müzakirə edib.