İran, Türkiyə və Rusiya xarici işlər nazirləri sabah Ankarada görüşəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı nazirlər Suriya böhranını müzakirə edəcəklər.
Bununla bağlı İran XİN sözçüsü Bəhran Qasımi məlumat verib.
Qeyd edək ki, nazirlər sonuncu dəfə ötən ilin noyabrında Soçidə bir araya gəlmişdilər.