"Akkuyu Atom Elektrik Stansiyasının (AES) inşası Türkiyə iqtisadiyyatında yeni mərhələnin başlanğıcı olacaq".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyədə Akkuyu AES-in birinci blokunun tikintisinin başlanması mərasimində bildirib.
Onun sözlərinə görə, AES-in ikinci bloku 2023-cü ilədək inşa ediləcək. Onun açılışı Türkiyə Respublikasının yaranmasının 100 illiyinə həsr olunacaq
"Türkiyə texniki və iqtisadiyyat baxımından yüksək inkişaf etmiş dövlətdir. Akkuyu AES-in tikintisindən sonra Türkiyə daha da inkişaf edəcək", deyə Putin qeyd edib.