4 Aprel 2018 17:30
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn ilə danışıqlara hazırlıqların getdiyi dövrdə ABŞ Prezidenti Donald Tramp ciddi milli təhlükəsizlik məsələsi ilə üz-üzə qalıb. O, İranla bağlanmış nüvə sazişindən çıxmaq fikri ilə öz durumunuçətinləşdirib.

Uzun illərdən sonra Tehranın nüvə silahı əldə etməyə yaxın olduğu bir vaxtda İranla razılıq əldə edildi. İran zəif zənginləşdirilmiş uranın 97 faizini təqdim etdi və vəd verdi ki, ağır su reaktorlarının fəaliyyətini dayandıracaq.

Əgər İran sazişi pozsa, dünyanın ən ciddi yoxlama sistemi işə düşəcək və məsələyə müdaxilə edəcək. İşlərə nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) yaydığı açıqlamada İranın sazişə əməl etdiyini bildirib. Bir çox ekspertlər də bu açıqlamanı təsdiq edib. İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general – leytenant Qadi Aysenkotun fikrincə, saziş İranın nüvə ambisiyasını 10-15 il ləngitmək gücünə malikdir.

İndi isə Şimali Koreya ilə ABŞ arasındakı vəziyyətə nəzər yetirək. Şimali Koreya 60-ya yaxın nüvə silahına malikdir. ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı Şimali Koreyanın tam nüvəsizləşdirilməsini və daimi yoxlamaların keçirilməsini tələb edir. O istəyir ki, bu, dərhal yerinə yetirilsin. Bununla yanaşı, Tramp İranla nüvə sazişindən imtina etmək və sanksiyaların bərpası ilə öz işini çətinə salıb. Sübutların olmamasına baxmayaraq, Tramp əmindir ki, İran nüvə sazişinə riayət etmir, “Hizbullah” qruplaşmasına və Suriya Prezidenti Bəşər Əsədə ballistik raketlər verir.

Trampın komandasının əksər üzvləri hesab edir ki, Trampın İranla nüvə sazişini ləğv etməsi Kim Çen İni hürküdəcək. Kim Çen gələcəkdə ola biləcək hər hansı narazılıqların qarşısını almaq üçün nüvə proqramı ilə bağlı razılaşmadan imtina edə bilər. O, bununla sübut edəcək ki, ABŞ-a güvənmək olmaz. Kim Çen verdiyi açıqlamalardan birində deyib ki, nüvə silahı Şimali Koreyaya ABŞ aqressiyasından qorunmaq üçün lazım olacaq.

Bu günə qədər ABŞ-ın təzyiqləri ilə Ukrayna, Qazaxıstan, Belarus və Liviya nüvə proqramında imtina edib.

Tramp Kim Çenlə görüşdə İranla olduğu kimi Pxenyandan nüvə proqramını dondurmağı, raket sınaqlarından imtina etməyi istəyəcək.

Bəs İrana qarşı Tramp tərəfindən atılan bu addımdan sonra Kim Çen ABŞ ilə razılaşacaqmı? O, Trampla niyə razılaşmalıdır və bunda nə marağı var? Bu suallar açıq qalır...


Müəllif: Samir İsayev

Oxşar xəbərlər