5 Aprel 2018 23:03
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə aprelin 3-də “Akkuyu” Atom Elektrik Stansiyanın (AES) təməlini qoymaqla 60 illik xəyalının gerçəkləşməsi yolunda böyük bir addım atdı. Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Akkuyu”nun tikintisinin işə salınması mərasimində videokonfrans yolu ilə iştirak etdilər.

2023-cü ildə istifadəyə veriləcək stansiya həm Rusiya, həm də Türkiyədə yeni iş yerlərini yaratmağa imkan verəcək. "Akkuyu" AES 4 enerji blokunun tikintisini nəzərdə tutur. Hər blokun gücü 1200 MVt təşkil edəcək. Onlar “3+” nəsilindən olan VVER-1200 tipli Rusiya reaktorları ilə təchiz ediləcək. Layihənin dəyəri 20 milyard dollar təşkil edir.

Türkiyənin əvvəlki hakimiyyətləri nüvə enerjisinin əldə edilməsinin əhəmiyyətini çox gözəl başa düşsələr də, bunu gerçəkləşdirə bilməmişdilər. Onlardan biri də ölkənin 9-cu prezidenti Süleyman Dəmirəl idi.

Türkiyə KİV-inə istinadən keçmiş prezidentin (2015-ci il iyunun 17-də vəfat edib - red.) nüvə texnologiyası ilə bağlı fikirlərini təqdim edir. /Publika.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər