Aleksandr Kirillov adlı Rusiya vətəndaşı Tayland polisi tərəfindən saxlanılıb. O, ölkədə qanunsuz seks-təlimlər təşkil etməkdə və təcavüzdə ittiham olunur. Polis onunla bağlı araşdırmalara başlayıb.
Seks-quru kimi tanınan Aleks Lesli bir neçə araşdırmanın və patentin müəllifidir. Kirillovun atası Sergeyin sözlərinə görə, oğlu seks-təlimlərdən gələn pullarla öz elmi layihəsini maliyyələşdirib.
Məlumatlara görə, Aleks Lesli atası ilə birlikdə üç ölkədə - ABŞ, Rusiya və Çində müəllifləri olduğu preventiv monitorinq üçün informasiya texnologiyasına patent alıb. Bu aparat gələcəyi görmək qabiliyyətinə malikdir. Sistem obyektdə erkən mərhələlərdə nasazlığı və ya qəzanı proqnozlaşdırmağa imkanı verir. Təhlil obyektin müxtəlif ötürücülərdən daxil olan çoxsaylı telemetrik məlumatlarının əsasında baş verir.
“Bizim sistemimiz atom reaktorundakı nasazlığı proqnozlaşdıra bilir. Yeri gəlmişkən, bu cihazdan tibb elmində də istifadə etmək olar. Misal üçün, kardiomonitorinq üçün bunu tətbiq etmək mümkündür”, – Sergey Kirillov deyib.
Bu ilin payızında Kirillovlar İsraildə keçiriləcək və dünyanın bir çox ölkələrinin həkimlərinin iştirak edəcəyi tədbirdə öz yeni aparatlarını təqdim edəcək. Bu tədbir aparatın satışını genişləndirə bilər.
Məlumatlarda qeyd edilir ki, Kirillovların hazırda 3 şirkəti var. Bunlar “Preventetiv stoxastik menecmentlik laboratoriyası”, “İntellektual sistemlərin proqnozlaşdırılması mərkəzi” və “Tətbiqi smart-texnologiyaların araşdırma mərkəzi”dir.
Sonuncu şirkəti Lesni özü idarə edirdi. O çalışırdı ki, “Avtovaz” və “KamAZ” kimi avtomobillərdə əlavə kapital olmadan preventiv monitorinq sistemləri yerləşdirilsin.
Sergey Kirillovun sözlərinə görə, oğlunun həbsi bir çox planların təxirə salınmasına və şirkətlərdə maliyyə kəsintisinə səbəb olub:
“Oğlum bu sistemin qurulmasına 200 min dollardan çox pul xərcləyib. Hazırda həbsdədir. O, təlimlərdən qazandığı pullarını şirkətlərimizə yatırırdı. Ancaq hazırda bir çox planlarımızı təxirə salmaq məcburiyyətində qalmışıq. O, uşaq yaşlarında Şekspiri oxuyur, fortepianoda ifa edir və aykido ilə məşğul olurdu. Sonra isə riyaziyyat və fizikaya marağı artdı. İlk pulunu isə 10-cu sinifdə yaratdığı proqramdan qazanıb”.