ABŞ tədqiqatçıları mikrobların insan orqanizminə daha çox hansı yollarla daxil olduğunu araşdırıblar.
Teleqraf.com xəbər verir ki, ekspertlərin fikrincə, mikroorqanizmlərin əsas mənbəyi ictimai nəqliyyat, tualet, eləcə də puldur.
Alimlər mikrobların ilk növbədə hava vasitəsilə ötürüldüyünü müəyyən ediblər. Bundan əlavə, bakteriyalar əllə də keçir. Alimlərin fikrincə, əllə təmas zamanı 2 milyona qədər mikrob ötürülür.
Daha bir mikrob mənbəyi ictimai tualetdir. Burada mümkün qədər heç yerə toxunmamaq, mikroba qarşı sabunlardan istifadə etmək lazımdır.
Alimlər hesab edir ki, bakteriya qaynaqlarından biri də puldur. Hətta təzə çap edilən pul da istisna deyil, yeni əsginazlarda bir milyondan çox mikrob olur. Bəzən pulda yoluxucu xəstəlik törədən zərərli bakteriyalar uzun müddət qalır.
Mütəxəssislər sağlamlığını qorumaq istəyən insanlara mümkün qədər tez-tez gigiyenik məhsullardan istifadə etməyi məsləhət görür.