8 Aprel 2018 14:30
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan erməni əsilli Zəkəriyyə Sabunçu Pasxa bayramını 368 yaşı olan kilsədə tək qeyd edib.

Teleqraf.com xəbər verir ki, erməni əsilli Zəkəriyyə Sabunçu 37 il əvvəl yaşadığı Mardinin Derik qəsəbəsindən İstanbulda köçüb. 5 il əvvəl isə yenidən Mardinə qayıdaraq, atası kimi sabun istehsalı ilə məşğul olmağa başlayıb.

Sabunçu Surp Gevork erməni kilsəsinə gələrək, Pasxa bayramını tək başına qarşılayıb. Erməni kilsənin zəngini çalıb, şam yandıraraq, dualar oxuyub.

Xatırladaq ki, erməni kilsəsi Mardində 1650-ci ildə inşa edilib. Həmin dövrdə Mardində cəmi əlli erməni ailəsi yaşayıb. 1915-ci il erməni xəyanətinə qədər bu ərazilərdə ermənilərin 7 kilsəsi və 3 məktəbi olub.

Hazırda isə Mardinin Derik qəsəbəsində cəmi üç erməni yaşayır. Zəkəriyyə Sabunçu ilə yanaşı Naif və Yurşalim Dəmir cütlüyü.


Müəllif: Cavad

Oxşar xəbərlər