8 Aprel 2018 17:00
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atatürk Universitetinin professoru Səbri Çolağın məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, professorun işinə Ərzurum məhkəməsində baxılır.

Özünü “Mən Fətullah Gülənin itiyəm” deyə xarakterizə edən Səbri Çolak qanunsuz silahlı terror təşkilatının üzvü olmaqda ittiham olunur.

2016-cı ilin 16 iyul dövlət çevrilişi cəhdindən sonra Səbri Çolak 11 müəllimlə birlikdə həbs edilib. Onun haqqında ifadə verən Ü.A bildirib ki, professor FETÖ-nun qocaman üzvlərindən biri olmaqla yanaşı həm də şəbəkənin mənəvi atalarından hesab olunur. Hətta Səbri Çolak bir zamanlar şəbəkə lideri Gülənin yanında qalıb, təbliğat apararkən “Mən Fətullah Gülənin itiyəm” ifadəsini işlədib.

Araşdırma zamanı professorun bir internet saytında “Keçmişdən izlər” adlı yazısı da ortaya çıxıb. Bu yazıda professor Fətullah Gülənə olan heyranlığını ifadə edib.

Səbri Çolak məhkəmədə ittihamı qəbul etməyib. Bildirib ki, belə bir terror təşkilatı olmasını 15 iyula qədər inanmayıb:

“Bu tarixdə baş verən olay məni çox yaraladı. Fətullah Gülənə hörmətim və sevgim artıq bitib. 2013-cü ildə bəzi dostlarımla Pensilvaniyaya gedərək Güləni ziyarət etmişik. Onunla 10-11 dəfə görüşmüşəm. Heç yerdə “Fətullah Gülənin itiyəm” deyə təbliğat aparmamışam”.

Məhkəmə prosesi zamanı dövlət ittihamçısı çıxış edərək Çolak haqqında silahlı terror təşkilatının üzvü və rəhbərlərindən biri olmaqda ittiham edilməsinin və ona 15 ildən 22 ilə qədər cəza verilməsini istəyib.


Müəllif: Cavad

Oxşar xəbərlər