İranda ərəblərin sıx yaşadığı Əhvaz şəhərində İmam Hüseyn Mədəniyyət Mərkəzinə silahlı hücum olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “Əhval Azadlıq Hərəkatı” adlı təşkilat İmam Hüseyn Mədəniyyət Mərkəzinə silahlı hücum edib.
İranın İQNA agentliyinə danışan İmam Hüseyn Mədəniyyət Mərkəzinin rəhbəri Məhəmməd Kabi deyib ki, “Əhval Azadlıq Hərəkatı” na aid sosial şəbəkə hesablarından dünəndən başlayaraq təhdid mesajları yayılıb.
Bu mesajlardan bir neçə saat sonra isə mərkəzə hücum olub. Hücum nəticəsində İmam Hüseyn Mədəniyyət Mərkəzi atəş altında saxlanılıb.
Hücum zamanı ölən və yaralanan olmayıb, amma mərkəzə böyük zərər dəyib.