8 Aprel 2018 19:16
1 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Suriya ordusundan Duma şəhərinin mühasirəsini dayandırmağı tələb edib.

Teleqraf.com xəbər verir ki, Tramp bəyanatında Rusiya və İranın "heyvan" Bəşər Əsədə dəstək verdiyini bildirib.

"Əsəd əməli ilə bağlı cavab verəcək. Duma şəhəri təcili olaraq tibbi və humanitar yardım üçün açılmalıdır", deyə Tramp bildirib.

Qeyd edək ki, Suriyanın Şərqi Quta bölgəsində üxalif qüvvələrin nəzarətində olan Duma şəhərində kimyəvi silahın tətbiq olunması nəticəsində 40 nəfər dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər