9 Aprel 2018 09:56
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsəd rejiminin Şərqi Quta bölgəsinə kimyəvi silahla hücum etməsindən sonra Rusiya ABŞ-ın raket hücumu və ya digər şəkildə müdaxiləsinə qarşı Suriyada hərbi mövqeyini dəyişməyə qərar verib.

Suriyada yerləşdirilən S-400 havadan müdafiə sistemi aktiv fəaliyyətə keçirilib.

İkimotorlu yüksəkdən uça bilən MİG-31-lər də 24 saat uçuşlar həyata keçirir. ABŞ raketlərinin hədəfində Əsəd rejiminin 20 kritik nöqtə və hərbi bazası olduğu bildirilir. Hətta bu bazaların bəzilərində Rusiyaya aid hərbi qüvvələrin yerləşdiyi də gələn məlumatlar arasındadır. Suriyanın daxilində Ruiyaya aid hərbi qüvvələrin olduğu bütün bazalarda qırmızı həyəcan siqnalı verilib. Ehtimal edilən bir ABŞ hücumuna qarşı bu ölkənin donanmasına aid gəmi və təyyarələrinə atəş açılacaq.

Ehtimallara görə, ABŞ Əsədin hərbi mövqelərini Aralıq dənizindəki gəmilərdən vuracaq. ABŞ-ın bu addımla həm Rusiya, həm də İrana bir cavab vermək istədiyi bildirilir./Publika.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər