Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan bildirib.
Ötən şənbə günü S.Sərkisyanla keçirilən görüşün nəticələrinə toxunan Karapetyan deyib ki, görüşdə sabiq prezidentin baş nazir postuna namizədliyinin irəli sürülməsi məsələsi müzakirə edilib.
Qeyd edək ki, Ürmənistanda martın 2-də keçirilmiş seçkilərdə Armen Sərkisyan prezident seçilib.
2015-ci ildə Ermənistan Konstitusiyasına edilmiş dəyişikliklərə əsasən bu ildən etibarən ölkə parlament idarə üsuluna keçib. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.