ABŞ-ın Nyu Cersi ştatında “Bəyoğlu Kafe” adlı türk restoranında yanğın baş verib.
Sürətlə yayılan yanğın yuxarı mərtəbədə yerləşən rəqs kursuna da keçib.
Bu zaman zalda məşq edən 6 qızın həyatı ətrafdakıların köməyi ilə qurtarılıb. Qızların pəncərədən çıxarılması üçün gətirilən pilləkən qısa olduğu üçün yaşanan həyəcan və gərgin vəziyyəti ətrafdakılardan biri kameraya çəkib./Axar.az/