Kurçatov İnstitutunun Milli Tədqiqat Mərkəzinin mütəxəssisləri dünyada analoqu olmayan Rusiyanın strateji silahının yeni modellərinin yaradılmasında iştirak ediblər.
Bu barədə Rusiya prezidenti Vladimir Putin Kurçatov İnstitutunda Mərkəzin 75 illiyinə həsr olunmuş mərasimdə çıxış edərkən bildirib.
"Həmin silahların yaradılmasında onlarla şirkət, konstruktor bürosu, elmi mərkəz iştirak edib. Onlar arasında Kurçatov İnstitutu və akademik təşkilatlar da var", - V.Putin deyib.
Onun sözlərinə görə, belə silah bu gün dünyanın heç bir ölkəsində yoxdur./Report/