Ermənistanın Yelk Blokunun deputatları parlamentdə bu gün etiraz aksiyası təşkil ediblər.
Blokun üzvü olan deputat Ararat Mirzoyan parlament tribunasına çıxış üçün yaxınlaşıb və hakim Respublika Partiyasını sərt tənqid edib.
“Serj Sərkisyanın hakimiyyətdəki üçüncü dəfə qalmaq planlarını məhv etmək, Respublika Partiyasının hakimiyyətinə son qoymaq və öz arzularımızda olan ölkəni qurmaq vaxtı çatıb. Bunun üçün Ermənistanın azad vətəndaşlarını 13 apreldə Azadlıq Meydanına çağırırıq”, – deyə o bildirib.
Bundan sonra o, cibindən tüstü fişəngini çıxararaq yandırıb. Ona blokun digər deputatı Lena Nazaryan da qoşulub. Bundan sonra zalı tüstü bürüyüb./Axar.az/