Türkiyədə prezidentliyə namizəd Ekmeleddin İhsanoğlu seçkinin nəticələrini qiymətləndirib.
Teleqraf.com-un məlumatına görə, Cümhuriyyət və Xalq Partiyası (CHP) və Milliyətçi Həsərkat Partiyasının vahid namizədi (Çatı adayı) E. İhsanoğlu qeyri-rəsmi olaraq nəticələrin açıqlandığını və 39.40 faiz səs topladığını söyləyib: “Bu səs faizi çox əhəmiyyətli rəqəmdir. Bu səs bir ay əvvəl “İhsanoğlu tanınmır, siyasəti bilmir” deyənlərə ithaf olunur. Demokratiyamız üçün xeyirli nəticə olsun. Hörmətli baş naziri təbrik edir, uğurlar diləyirəm. Məni dəstəkləyən hər bir partiyaya, könüllülərə və seçicilərə təşəkkür edirəm”.
Nərgiz