13 Aprel 2018 10:10
4 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə və Amerika mətbuatı Dəməşq rejimin ABŞ-ın hücum etməyəcəyini düşündüyü Rusiyaya aid bazalara qırıcıları və helikopterlərini göndərdiyini iddia edir.

Paytaxt sakinləri ilə danışan “Qardian” qəzetinin müxbiri hərbi konvoyların Dəməşqin qərbindəki Livan sərhədinə doğru irəlilədiyini yazıb.

İkinci bir iddia isə Bəşər Əsədin yeri ilə bağlı qaldırılıb. Xəbərə görə, Əsəd prezident sarayını tərk edib Rusiyanın Lazkiyə bölgəsindəki Hmeymim Hərbi Hava Bazasına sığınıb.

ABŞ prezidenti Donald Trampın Ağ Evdə Suriya ilə bağlı təşkil etdiyi toplantıdan yekun qərar çıxmadı. İngiltərədə isə baş nazir Tereza Meyin kabinetindən hərbi əməliyyatlar həyata keçirə bilmək səlahiyyəti aldı. Suriyadakı Əsəd rejimi isə ehtimal olunan hücumlara qarşı qırıcılar və helikopetlərlə hazırlaşmağa başlayıb./Publika.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər