Qətərdə “Körfəz böhranı”nın başladığı gün, yəni 2017-ci ilin 5 iyun tarixində Əmir Şeyx Təmimin sarayında çevrilişə cəhd olunub.
Bu barədə Amerikanın “The New Yorker” dərgisində çap olunan bir məqalədə bəhs edilib.
“Bir Səudiyyə şahzadəsinin Orta Şərqi yenidən inşa etmək macərası” başlıqlı məqalənin müəllifi Dexter Filkins bir amerikalı diplomatın açıqlamalarını qələmə alıb. Diplomat Qətərdə cəhd edilən çevrilişin qarşısının Türkiyəninn saraya göndərdiyi özəl hərbi qüvvələr tərəfindən alındığını deyib.
Qeyd edək ki, çevriliş günü Qətərə yaxın bölgələrdə olan 200-ə yaxın xüsusi təyinatlı türk birliyi Ankaradan gələn əmrlə hərəkətə keçmişdi. O sırada Səudiyyə Ərəbistanı və BƏƏ-yə aid xüsusi təyinatlılar da eyni hədəf üçün hərəkətə keçmək üzrə idi./Publika.az/