15 Aprel 2018 11:05
2 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuq müharibə dönəmində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində casuslar üçün silah istehsal edən xüsusi bölmə fəaliyyət göstərirdi. Bu bölümün yaradıcıları ABŞ-ın düşmənlərinə qarşı sui-qəsdlərin hazırlanmasında yaxından iştirak edirdilər. Onlar yaratdıqları qeyri-adi vasitələrlə qurbanlarını məhv etməyi planlaşdırırdılar. Ancaq bu, onlarda heç də uğurlu alınmadı.

Teleqraf.com xəbər verir ki, 1960-cı il sentyabrında MKİ-nin Konqodakı bazasının direktoru Larri Devlinə gizli məktub göndərilir:

“Parisli Conu qarşılayın!” Devlin söhbətin nədən getdiyini aerodromda öyrənir. Təyyarədən barəsində çox məlumatlar eşitdiyi şəxs enir. Həmin şəxs MKİ-nin baş mütəxəssislərindən biri Sindi Qotlib idi. O, çiynindəki çantada zəhər gətirmişdi. Bu zəhərlə o zaman tanınmamış Konqo respublikanın baş nazirinə sui-qəsd təşkil edilməli idi. Qotlib MKİ-də xüsusi təcrübə qazanmış amansız alim adını almışdı. Onun yaratdığı zəhər insanı 15 saniyədə iflic edə bilirdi. Həmin zəhəri qatil qurbanının üzərinə tüpürcək vasitəsilə atırdı.

Sağlamlığa təsir edən komitə

Qotlibin karyerasında dönüş nöqtəsi Stefan Banderin öldürülməsi oldu. Hadisə 1959-cu ildə baş verdi. Araşdırmalar zamanı Banderə ürək çatışmazlığından ölüm diaqnozu qoyuldu. Məlumatlara görə, bu, MKİ-nin yaratdığı və insan sağlamlığına təsir edən ilk silah olub. Qotlibin hazırladığı qeyri-adi silahlar “Ceyms Bond” filmini xatırladırdı.

Onun hazırladığı ən uğurlu vasitələrdən biri də 75 metrdən insanı öldürə bilən səssiz tapança idi. Güllə dəydiyi zaman heç kim bunun hücum olduğunu anlamırdı. Hamı elə bilirdi ki, insan öz əcəli ilə ölüb.

Fidelin saqqalı

1960-cı illərin əvvəllərində Kubadakı iki amerikalı casus MKİ-yə müraciət edib. Casuslar bildiriblər ki, Kubanın yüksək rütbəli nümayəndələri onlara Fidel Kastronun ölümünü sifariş edib. Həmin zaman MKİ sifarişi qəbul etdiyini açıqlayıb. Qotlib sui-qəsd üçün inqilabın xarici ölkələrə keçməsini gözləməyi məsləhət görüb. Planlaşdırılmışdı ki, hücum nəticəsində Kastro sağ qalmalı idi. Ancaq istifadə edilən maddə onun saçlarını və saqqalını tökməli idi. Bundan sonra heç kim onu ciddiyə almayacaqdı. Digər variant isə Kastronun otağına xüsusi düymənin quraşdırılması idi. Kuba lideri düyməni sıxdığı zamanı qısa müddətdə öləcəkdi.

Qərara əsasən, Kastro ən qısa zamanda ölməli idi. Onu zəhərləmək üçün istifadə ediləcək zəhər Kubadan olan miqranta həvalə edilir. Ancaq həmin şəxs olay baş verəcək gecə yoxa çıxır. Onunla bağlı heç MKİ də məlumat ala bilmir.

Qotlibin bir neçə planı belə nəticələnib. Məsələn, 1961-ci ildə İraq baş naziri Əbdül Kərim Qasıma qarşı təşkil edilən hücum zamanı istifadə ediləcək zəhərli dəsmalın taleyi heç kəsə məlum deyil.

“Heç kəs məni öldürə bilməz”

Söhbtə Kuba lideri Fidel Kastrodan gedir. Qotlib ilk hücumun uğursuz nəticəsi ilə barışmadı və xüsusi kostyum hazırlatdı. Kostyumu Kuba liderinə “Casus körpüsü” filminin aktyoru, siyasətçi Ceyms Donovan çatdırmalı idi. Ancaq o, kostyumu görüşə aparmaqdan imtina edib.

Bundan sonra Fidelin sevgilisi Marita Lorents hərəkətə keçdi. Ancaq Fidel onun hərəkətlərindən şübhələndi və “MKİ-yə işləyirsən?” soruşdu. Lorents isə “Yox, mən özüm özümə işləyirəm” cavabını verdi. Bundan sonra Fidel “Məni heç kim öldürə bilməz” ifadəsini işlədib.

Həqiqətən də, həmin dövrdə Fidelə qarşı 634 sui-qəsd təşkil edilib və bunların hamısı uğursuz olub.

Bolqar çətiri

1978-ci ildə bolqar dissident Georgi Markov Vaterlooda avtobus gözləyən zaman qəfildən halı pisləşir. Bu vaxt geri döndüyündə isə arxasında çətir açan adamı görür. Aparılan araşdırmalar zamanı ona 0,2 millimetr zəhərli iynə batırıldığı müəyyən olunub. Hücum çətir vasitəsilə həyata keçirilib. Həmin silah da MKİ mütəxəssisi Qotlib tərəfindən hazırlanıb.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər