Nigeriyada çobanlarla əkinçilər arasında silahlı qarşıdurma olub.
Teleqraf.com xəbər verir ki, insident nəticəsində 91 nəfər ölüb.
Nigeriya Xəbər Agentliyinin (NAN) məlumatına görə, ölkənin Benue, Taraba, Zamfara əyalətlərindən təhlükəsizlik qüvvələrinin geri çəkilməsindən sonra çobanlarla əkinçilər arasında qarşıdurma yenidən başlayıb.
Tarabanın icra nümayəndəsi Darius İşaku insident nəticəsində 91 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını bildirib.
Heyvanlarını otarmaq üçün Nigeriyanın cənubuna köç edən Fulani xalqı əkinçilərin mal-qaranı oğurlamağa cəhd etdiklərini və onlara atəş açdıqlarını bildirib.
Digər iddiaya görə, Fulani çobanları 18-ci əsrdə yaşamış İslam alimi Şeyx Osman Dan Fodionun dini təlimlərini xristianların çoxluq təşkil etdiyi bölgələrdə yaymaq istədikləri üçün silahlı insident yaranıb.