Fransanın Marsilya şəhərində yaşayan 76 yaşlı qadın anasının ölümünü 22 il gizlin saxlayıb.
Teleqraf.com xəbər verir ki, "La Provence" qəzetinin yazdığına görə, qız 1993-cü ildə ölmüş anasının 613 avro olan pensiyasını almaq üçün ölüm faktını dövlət qurumlarından gizlədib.
22 il ərzində qadın dövlətdən ümumilikdə 162 min avro pensiya alıb.
2015-ci ildə 101 yaşlı pensiyaçıya baş çəkmək istəyən məmurlar qadını evdə tapa bilməyiblər. Qızı anasının şəhər kənarında olduğunu bildirib.
Əməlinin ifşa olunacağını görən qadın 2016-cı ildə anasının öldüyü barədə yerli quruma məlumat verib. Amma araşdırmalar zamanı hər şey üzə çıxıb.
76 yaşlı qadına qarşı cinayət işi açılıb. Dövlətə dəymiş ziyanın qaytarılması ilə bağlı məhkəmə qərar çıxarıb.