14 Aprel 2018 01:46
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Ağır Cinayətlər Məhkəməsi tarixə “məxməri inqilab” adı ilə düşmüş 28 fevral 1997-ci il hadisələri ilə bağlı proses üzrə yekun qərar çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə Milli Təhlükəsizlik Şurasının 28 fevral 1997-ci il tarixli iclasında baş nazir Necməttin Erbakanın, həmçinin onun başçılıq etdiyi nazirlər kabinetinin istefaya göndərilməsini nəzərdə tutan memorandum qəbul olunmuşdu.

Ankara məhkəməsinin qərarına əsasən, 28 fevral 1997-ci il hadisələrinin 21 iştirakçısı, o cümlədən yüksək çinli generallar ömürlük azadlıqdan məhrum edilib.

Ömürlük həbs cəzası alan məhkumlar arasında həmin ildə Türkiyənin təhsil üzrə ali şurasının (YÖK) başçısı olmuş Kemal Gürüz, həmçinin Milli təhlükəsizlik şurasının sabiq baş katibi general İlhan Kılıç da yer alır.

68 nəfər bəraət alıb.

Qeyd edək ki, 28 fevral hadisələri üzrə məhkəmə prosesi 2012-ci ildən bəri davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər