14 Aprel 2018 04:24
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Fransa və Böyük Britaniya ilə birlikdə Suriyaya qarşı hərbi əməliyyata başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

D.Tramp bildirib: "Mən ABŞ Silahlı Qüvvələrinə kimyəvi silah potensialı ilə bağlı obyektlərə yüksək dəqiqliklə zərbələr vurmağı əmr etmişəm. Hazırda Fransa və Birləşmiş Krallığın Silahlı Qvvələri ilə birgə əməliyyat həyata keçirilir".

Onun sözlərinə görə, Dəməşq kimyəvi silahdan istifadəni dayandırmayana qədər ABŞ Suriyaya qarşı "milli gücünün bütün vasitələrindən" istifadə etməyə hazırdır.

Tramp əlavə edib ki, ABŞ İran və Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edir, lakin bu baş verməyə də bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər