Rusiya Prezidenti Vladimir Putin Suriyada hərbi problemlərlə üz-üzədir. Putin bunun intiqamını Qərbə təzyiq göstərmək və Donbasdakı münaqişəni qızışdırmaqla ala bilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Dmitri Timçuk deyib:
“Mən inanmıram ki, Putin Suriyaya köklənsə, Donbasda deeskalasiya olacaq. Rus ordusu iki cəbhədə vuruşa bilməyəcək. Bu halda Donbas əldən gedə bilər”.
Politoloqun fikrincə, Suriyada məğlubiyyət Putinin fikrini Donbasa yönəldəcək: “Hazırda Putinin Suriya və Donbas arasında seçim etmək niyyəti yoxdur. Əgər Rusiya Suriyada mövqeyini itirsə, Putin bütün bunların intiqamını Donbasda alacaq”.
Timçuk Rusiyanın sadə hərbi üsullarla bütün mövqelərini itirəcəyini deyib: “Əgər Rusiya yalnız adi silahlardan istifadə etsə, məğlub olacaq. Yəni Rusiyanın nüvə silahından istifadəsini istisna etmək olmaz”.