ABŞ və onun müttəfiqləri bir sutka ərzində Suriyada münaqişəni dayandıra bilərdilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
"Siz 24 saat ərzində Suriyada münaqişəni dayandıra bilərdiniz. Bunun üçün Vaşinqton, London və Parisin terrorçu əlaltılarına öz xalqının qanunu hakimiyyəti ilə mübarizəni dayandırması barədə komanda verməsi kifayət idi", - Vasili Nebenzya deyib.
O. ABŞ-ın və müttəfiqlərinin Suriyaya hücumunu işğal və xuliqanlıq kimi dəyərləndirib: "Hər şey hazırlanmış ssenari üzrə baş verib: təxribat, yalançı ittihamlar, saxta hökm, cəza".