ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri dünən axşamdan başlayaraq, Suriya Prezidenti Bəşər Əsədə sadiq orduya məxsus nöqtələrə aviazərbələr endirib.
Teleqraf.com xəbər verir ki, hazırda vəziyyətlə bağlı bir neçə sual aktuallaşıb.
Birincisi, ABŞ-ın Suriyadakı strategiyası nədən ibarətdir? Cəmi iki həftə bundan öncə ABŞ Prezidenti Donald Tramp Ohayoda çıxışı zamanı ordunu Suriyadan çıxaracağını açıqlamışdı. İndi isə Tramp faktiki olaraq Suriyanın bombardmanına rəhbərlik edir.
Tramp administrasiyasının Suriya strategiyası nədən ibarətdir? Tramp sələfi Barak Obama kimi Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq istəyir? Yoxsa o, Əsədin kimyəvi silahdan istifadə ilə bağlı qırmızı cizgini keçdiyini düşünür?
Cavablar sirli olaraq qalır. Tramp cümə günü Suriyanın bombardman edilməsi ilə bağlı əmr verdiyini açıqlayanda ikinci səbəbi göstərdi. Ancaq ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heyli verdiyi açıqlamada Əsədin hakimiyyətdə qalmasının siyasi həllə mane olacağını bildirmişdi.
İkincisi, Tramp administrasiyasının Əsəd rejimini kimyəvi hücuma görə cəzalandırmasından başqa, dinc sakinlərin qorunması üçün planı var?
2011-ci ildən başlanan daxili müharibədə yarım milyondan çox insan həlak olub. Onlardan çoxu kimyəvi hücumlar nəticəsində ölüb. Tramp prezidentlik dövründə bir neçə dəfə Suriyada təhlükəsizlik zonalarının yaradılması fikri ilə çıxış edib.
Trampın növbəti addımı belə zonaların yaradılması olacaq? Və bu necə reallaşdırılacaq? Bu cür zonaların yaradılması çox vacibdir. Çünki Suriya qırıcıları dinc sakinlərin yaşadığı yerlərə məhəl qoymadan kimyəvi silahdan istifadə edirlər. Bu zonaların yaradılmasına çətinlik törədən tək Əsəd qırıcıları deyil, həmçinin Rusiya döyüş təyyarələridir.
Üçüncüsü, Trampın dinc sakinlərə qarşı kimyəvi hücumdan istifadə ilə bağlı narahatlığı ABŞ-a getmək istəyən suriyalı qaçqınlara münasibəti dəyişə bilər?
Hazırkı dövrdə Tramp adminitsrasiyası suriyalı qaçqınların ABŞ-a girməsini tamamilə qadağan edib. Bunların əksəriyyəti qadın və uşaqlardır.
Dördüncüsü,bu zərbələr Trump ilə Rusiya arasındakı əlaqələrdə bir dönüş nöqtəsi deməkdir?
ABŞ prezidenti uzun müddət Rusiya Prezidenti Vladimir Putini tənqid etmək istəmədiyini göstərdi, lakin cümə günü o, Rusiyaya qarşı çox sərt ritorika ilə çıxış etdi: “Mən Rusiyadan soruşuram: Hansı ölkə istəyir ki, onun döyüş təyyarələri dinc insanların kütləvi hücumuna səbəb olsun?”
Beşincisi, aprelin 13-də ABŞ Müdafiə naziri Ceyms Mettis çıxışı zamanı ölkə konstitusiyasının 2-ci maddəsinə əsasən, ABŞ prezidentinin hücum əmrini vermək ixtiyarı olduğunu dedi. Bir çox ekspertlər və Konqress üzvləri bununla razılaşmadı. ABŞ Konqresi Suriya rejiminə qarşı hücum əmrini təsdiqləmədi. Ancaq qərar Konqres tərəfindən təsdiqlənməmiş qüvvəyə mindi.
Altıncısı, bu vəziyyət “itin quyruğunu deyil, quyruğun iti bulaması”nı xatırladır?
Bu ittiham məşhur filmlərdən birində Bill Klintona qarşı səsləndirilib. Klinton Monika Levinski ilə qalmaqalın pik nöqtəsində - 1998-ci ildə Əfqanıstanda “Əl Qaidə” terror təşkilatlarının mövqelərini bombalamaq qərarına gəlmişdi. Mark Tven demişkən, tarix təkrarlanmır, amma o, qafiyələnir.