Kuba ABŞ-la konfrontasiyaya tərəfdar deyil, lakin öz prinsiplərindən geri çəkilməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Peruda "Amerika sammiti"ndə Kubanın Xarici İşlər naziri Bruni Rodriges bildirib.
"Kuba ABŞ-ın hədə və şantajlarına əhəmiyyət vermir. Konfrontasiya istəmirik, ancaq öz prinsiplərimizdən bir millimetr də geri çəkilməyəcəyik", - Bruni Rodrigez deyib.