15 Aprel 2018 10:36
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ənənəvi hərbi ritorikasını əhəmiyyətli dərəcədə azaldaraq hazırkı ölkə lideri Kim Çen Inın babası Kim İr Senin doğum gününü qeyd edir.

Teleqraf.com xəbər verir ki, Kim İr Senin doğum günü ölkədə Günəş Günü kimi qeyd olunur.

Yaponiyanın “Kiodo” agentliyinin yaydığı məlumata görə, səhər tezdən Kim İr Senin və Kim Çen İnin abidəsi önünə insanlar axın edərək dəstə-dəstə güllər düzürlər. Agentlik bildirir ki, şəhərdə raketlərlə, hərbi şüarlarla bəzənmiş plakatlar gözə dəymir.

Bayram münasibətilə Pxenyanda güllərdən ibarət sərgi açılıb. “Sərgidə bayram münasibətilə Suriya lideri Bəşər Əsədin adından daxil olmuş əklil diqqəti çəkir”, deyə agentlik yazır. Bununla yanaşı rəsmi Pxenyan Suriyaya zərbələr endirilməsinə hələ də heç bir reaksiya verməyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər