Türkiyənin Mərmərə bölgəsində Qətər kral ailəsinin üzvü olan şeyx Nassir əl-Taniyə aid olan 5 ulduzlu Munamar Beach oteli icarəyə götürülmədiyi üçün boş qalıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, otel 2010-cu ildə 15 milyon dollara alınıb.
Türkiyənin Mərmərə şəhərindəki dəniz kənarında yerləşən 5 ulduzlu otel 189 otaqdan ibarətdir. Əl-Taninin sahilin bir hissəsini də almaqla ərazini ailəsi üçün istirahət mərkəzinə çevirmə planı otelin yerləşdiyi İçmələr bələdiyyəsi tərəfindən rədd edilib.
Bundan sonra Tani oteli illik 1 milyon dollara turizm şirkətinə kirayə verib. 7 il bu formada işləyən otelin icarə müqaviləsi bitdiyinə görə yenidən danışıqlar aparmaq üçün müzakirələr aparılıb. Əl-Tani ƏDV istisna olmaqla illik 1 milyon 200 min dollar istəsə də, oteli işlədən türk şirkəti bu qiymətlə razılaşmayıb. Nəticədə 5 ulduzlu otel 8 aydır icarəçi axtarışındadır.