15 Aprel 2018 13:35
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) hətta rəsmi Dəməşqə neqativ münasibət bəsləyən ekspertlərinə belə viza verməkdən imtina etməyib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Dəməşqdəki diplomatik mənbə bildirib. “KSQT ekspertlərinə viza vermək məsələsində hər hansı problem yox idi. Suriya tərəfi hətta, təşkilatın anti-suriya çağırışları ilə tanınan nümayəndələrinə də viza verməyə razılaşmışdı”, deyə agentliyin həmsöhbəti bildirib.

Suriyalı diplomat əlavə edib ki, əgər kimsə onların viza almasında problem olduğunu deyirsə, demək, o yalan danışır.

Qeyd edək ki, KSQT Haaqada fəaliyyət göstərir. Haaqa yaxınlığındakı Reisvik qəsəbəsində KSQT laboratoriyası mövcuddur.


Müəllif: Səxavət

Oxşar xəbərlər