17 Aprel 2018 00:36
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Blutuza (Bluetooth) adı verilən Danimarka kralının Almaniyanın ən böyük adası Rügendə xəzinəsi tapılıb.

Teleqraf.com xəbər verir ki, Rügen adasında "Mavi diş" Qormssona aid xəzinə tapılıb.

Onu da bildirək ki, Blutuz adını "Mavi diş" ləqəbindən alıb.

Kral Harald Qormosson Danimarkanın ənənəvi dinindən imtina edərək xristianlığı qəbul etməsilə tanınır. 910-987-ci illərdə yaşayan Kral Harald dişlərinin rənginə görə, blutuz (Mavi diş) ləqəbini alıb.

Baltik Dənizindəki adada tapılan xəzinədə vikinqlərə xas bilərziklər, üzüklər, qızıl sikkələr tapılıb.


Müəllif: Ayxan

Oxşar xəbərlər