İsveçdə faşizm ideologiyasının əsas liderlərindən sayılan Adolf Hitlerin doğum günündə bələdiyyə binası da daxil olmaqla, üç qurumun ofisindən nasistlərin bayrağı asılıb.
Teleqraf.com xəbər verir ki, naməlum şəxslər paytaxt Stokholmun Huddinge qəsəbəsindəki 3 rəsmi binada faşistlərin bayrağını sancıb.
Huddinge bələdiyyə sədri Daniel Dronjak dövlət televiziyası SVT-yə açıqlamasında binaya irqçilərin bayrağının sancılmasını "olduqca üzücü", "ürəkbulandırıcı" hal adlandırıb.
O, Huddingedə demokratiyanın qəlbinə xəncər vurulduğunu deyib.
Stokholmun Tyresö və Centralbron bölgələrində də iki binaya nasistlərin bayrağı sancılıb.
Faktla bağlı araşdırma aparılır.