22 Aprel 2018 12:56
2 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti aprelin 13-dən İrəvanda başlayan etiraz aksiyalarını zor gücünə yatırtmaq haqda göstəriş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və erməni mətbuatında gedən yazılarda bildirilir.

İrəvandan çəkilən video və fotolardan aydın görünür ki, baş nazir Serj Sərkisyan onun istefasını tələb edən müxalifətin və on minlərlə narazı erməninin iradəsini zor gücünə qırmağa start verib.

Artıq Sərkisyan mitinqləri dağıtmaq üçün qara maskalılardan istifadə etmək göstərişi verib. İrəvanda aksiyaların keçirildiyi yerlərə qara maskalılar göndərilib.

Bu prosesə müxalifətin lideri Nikol Paşinyanın həbsi ilə start verilib.


Müəllif: Cavad