22 Aprel 2018 19:20
2 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nasist rejimi və II Dünya Müharibəsindən sonra Almaniyanın ən tanınmış kino ulduzu Marika Rökk KQB-yə casusluq edib.

Teleqraf.com xəbər verir ki, Marika Rökkün üzərindən məxfiliyi qaldırılan gizli sənədlərə əsasən KQB casusu olduğu iddia edilir.

1930-cu illərdə Hitler Almaniyasının təbliğat naziri Jozef Gebbels Hollivudun xanım starları Rita Hayvort, Betti Qrabl, Cinger Rocers və Alisa Faye daxil alman kino ulduzlarını yetişdirmək ideyasının ardından ulduzu parlayan şəxslərdən biri də Marika Rökk olub.

Macarıstanda doğulan Rökk nasist rəhbərliyi ilə yaratdığı əlaqələrlə tanınıb. Hətta müharibədən sonra nasistlərlə əlaqələri şübhəsi səbəbindən iki il aktrisalıq etməsinə qadağa qoyulub.

Ancaq məxfiliyi qaldırılan Almaniya kəşfiyyat sənədlərinə görə, Rökk nasist rejimindən Moskvaya informasiya axını təşkil edirmiş.

Müharibədən sonra Almaniya kino sahəsində populyar ulduzlardan biri olan Marika 2004-cü ildə 91 yaşında Avstriyada vəfat edib. O, fəaliyyətdə olduğu müddətdə 35 filmdə rol alıb.

Marikanın KQB casusu olması şübhəsi kəşfiyyat sənədlərində ilk dəfə 1951-ci ildə qeyd edilib. Sənədlərdə Marikanın KQB-nin rezidenti Heiniz Hoffmeister tərəfindən əldə edildiyi və rejissor əri Georgi Yakobinə bənzər fəaliyyətlərə cəlb edilə biləcəyi iddialarına yer verilib.

1951-ci ildə kino sahəsini buraxaraq Düsseldorfda mağaza açan Marika alman kəşfiyyatının diqqətini cəlb edib. Bu isə kəşfiyyat hesabatında onun “casusluq fəaliyyətini davam etdirmək üçün ağıllı bir manevr” etməsi kimi qiymətləndirilib.

Üzərindən məxfilik götürülən kəşfiyyat sənədlərində Rökki ilə bağlı iddiaların qarşısına faktlar qoyulmayıb. Rökkinin KQB-yə nə kimi informasiyalar verdiyi haqda da detallı məlumatlara rast gəlinməyib. Bu səbəbdən də alman cəmiyyəti kəşfiyyat sənədlərinə şübhə ilə yanaşıb.

1940-cı ildə Rökk imzalı bir poçt kartında isə aktrisa Hitlerə səhnəyə göndərdiyi çiçəklərə görə təşəkkür edib.

Aktrisanın özünün yaşadığı dövrdə alman kəşfiyyatının onun casusluq etməsindən şübhələnməsi haqqında məlumatlı olub-olmadığı bilinmir.


Müəllif: Cavad

Oxşar xəbərlər