22 Aprel 2018 19:56
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda bir qrup incəsənət xadimi onlara verilmiş fəxri adlardan imtına ediblər.

Teleqraf.com xəbər verir ki, ilk addımı "Kadans" musiqili teatrının təsisçisi və icraçı direktoru Nika Babayan atıb. O, "Ermənistanın əməkdar mədəniyyət xadimi" fəxri adından imtına edib.

"Hakimiyyətinin özbaşınalığı üzündən, ölkənin vətənpərvərlərinin saxlanılmasına etiraz olaraq "Ermənistanın əməkdar mədəniyyət xadimi" adını daşımağa daha özüm üçün mümkün hesab etmirəm", deyə Babayan "Feysbuk" səhifəsində yazıb.

Aktyor Mkrtiç Arzumanyan "Ermənistanın xalq artisti" fəxri adından imtına edib. Bu barədə o, özünün "Instaqram" səhifəsində yazıb.

Həmçinin, ölkənin mügənnisi Erna Yüzbaşyan özünün "Feysbuk" səhifəsində bildirib ki, "Ermənistanın əməkdar artisti" fəxri adından imtına edir: "Hesab edirəm ki, ölkəmin xoşbəxtliyi mükafatlardan vacibdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər