ABŞ Prezidenti Donald Trampla fransalı həmkarı Emmanuel Makronun təkbətək görüşündən sonra keçirilən brifinqdə Ağ Ev rəhbəri maraqlı hərəkəti ilə yadda qalıb.
Axar.az xəbər verir ki, D.Tramp çıxışı zamanı həmkarının çiynini kəpəkdən təmizləyib.
“Böyük fəxrdir ki, siz burdasınız. Həqiqətən də bizim xüsusi münasibətimiz var. Mən bu kəpəyi götürürəm. Bizə lazımdır ki, o, qüsursuz olsun. O, artıq mükəmməldir”, - deyə Tramp barmağı ilə Makronun çiyninə düşən kəpəyi götürüb.