“Əl-Qaidə” qruplaşmasının keçmiş lideri Bin Ladenin cangüdəni olmuş əslən tunisli Sami A. 1997-ci ildən bəri Almaniya hökumətindən müavinət alır.
Teleqraf.com xəbər verir ki, bu fakt “Almaniya naminə alternativ” ultra-sağ partiyasının həmin şəxslə bağlı hökumətə sorğusuna verilən cavabdan sonra üzə çıxıb.
Almaniya hökuməti Sami A. adlı şəxsin aya 1,168 avro məbləğində dövlət müavinəti aldığını təsdiqləyib.
Həmin şəxsin təhlükəsizliyi məqsədi ilə soyadı və atasının adı ictimaiyyətdən gizli saxlanılıb.
Sami.A ekstrimistlərlə heç bir əlaqəsinin olmadığını bildirir. O, hələ 11 sentyabr teraktından əvvəl Bin Laden mühafizə dəstəsindən ayrılıb. Tunisdə xüsusi xidmət orqanlarının ona işgəncələr verəcəyindən qorxduğundan hökumətdən sığınacaq istəyib və ölkəsinə deportasiya edilməyib.