21:14
Ermənistandakı etiraz hərəkatının lideri, parlamentin deputatı Nikol Paşinyanın rəhbərliyi altında maşın karvanı Gümrü şəhərinə çatıb.
Teleqraf.com xəbər verir ki, Gümrüdə kifayət qədər insanın toplaşdığı Vardanants meydanında tezliklə mitinq başlayacaq.
Qeyd edək ki, İrəvanda kütləvi etiraz aksiyaları bazar günü davam etdiriləcək. Bu gün və sabah Paşinyan ölkənin əhəmiyyətinə görə ikinci və üçüncü şəhərlərində mitinq keçirəcək.
***
19:06
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan hökumətdən istefaya getməsini tələb edib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, o, həmçinin ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib. Müxalifət lideri ultimatumla çıxış edərək bildirib ki, baş nazir vəzifəsinə xalqın arasından çıxan nümayəndənin seçilməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərini boykot edəcək.
Ermənistanın hakim partiyası isə bütün siyasi qüvvələri danışıqlar masası ətrafına əyləşməyə və vəziyyətdən konstruktiv çıxış yolu tapmaşa çağırıb.