Peruda arxeoloqlar 500 il əvvələ aid 140 uşaq skeleti tapıblar.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, skeletlər 5-14 yaş arası uşaqlara aiddir.
Uşaqların 500 il əvvəl Perunun şimalında yerləşən La Libertad bölgəsində Çimu mədəniyyəti vaxtında öldürüldüyü iddia edilir.
Qeyd edək ki, 2011-ci ildə bölgədə aparılan qazıntı işləri zamanı 3 min 500 illik bir məbədin yaxınlığından 42 uşaq və 76 lamaya aid qalıntılar tapılmışdı.