28 Aprel 2018 20:14
3 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və İran arasında qarşıdurma getdikcə güclənir. Prezident Donald Trampın mayın ortalarında İranla 5+1 formatında bağlanmış nüvə sazişindən çıxacağı xəbərləri yeni deyil.

Son günlər ABŞ-ın Şimali Koreya ilə münasibətləri yoluna qoymaq cəhdləri əslində bütün diqqəti İrana yönəltmək istəyindən doğur.

Fransa Prezidenti Makronun Vaşinqton səfəri, Trampla danışıqlar aparması Ağ Evin 5+1 formatında əldə olunan nüvə sazişindən çıxışını əngəlləmək məqsədi daşıyır.

Əgər qarşıda ABŞ-İran münasibətləri daha da gərginləşərsə, nüvə sazişi qüvvədən düşərsə, tərəflərin silaha əl atmaq ehtimalı gündəmə gələ bilər.

Teleqraf.com iki ölkənin hərbi potensialı ilə bağlı son rəqəmləri diqqətinizə çatdırır.

ABŞ-ın aktiv əsgər və hərbi qulluqçularının sayı 1.373.650 nəfərdir, İranın əsgər və hərbçilərinin sayı isə 534 mindir.

ABŞ-ın hərbi büdcəsi 17 trilyon 910 milyard, İranın hərbi büdcəsi isə 6 milyard 300 milyon dollardır.

ABŞ-ın hərbi təyyarələrinin sayı 2296, İran hərbi təyyarələrinin sayı isə 137 ədəddir.

ABŞ-ın qırıcı təyyarələri 2785, İran qırıcıları isə 137 ədəddir.

ABŞ-ın hücum helikopterləri 6065, İranınkı isə cəmi 126 ədəddir.

ABŞ-ın 5884, İranın isə cəmi 1616 ədəd tankı var.

ABŞ-ın 4162, İranın isə 1315 zirehli avtomobili var.

Pentaqonun 1331 ədəd raketi olduğu halda İran raketlərinin sayı1474-dən az deyil.

ABŞ-ın 70 ədəd sualtı gəmisi varkən, İranda isə bu, cəmi 33 ədəddir.

ABŞ-ın qırıcı təyyarələri daşıyan 19 ədəd gəmisi olduğu halda İranda belə gəmilər yoxdur. ABŞ dünyada müharibə və hərbi imkanlarına görə birinci yerdə durur. İran isə dünyada hərbi potensialına görə 21-ci yerdədir.


Müəllif: Cavad

Oxşar xəbərlər