28 Aprel 2018 18:09
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda 13 yaşlı Sohail Şah adlı oğlana az qala Allah kimi yanaşırlar.

Teleqraf.com xəbər verir ki, buna səbəb onun dünyaya belində quyruğu xatırladan uzun tüklə doğulmasıdır.

Bunun meymunlar tanrısı Lord Hanumanın bir işarəsi olduğuna inanan Şah ailəsi quyruğun uzanmasına qarşı çıxmayıb.

Quyruğu olduğunu düşünən Şah isə bu durumdan razı olduğunu deyib:

“Belə doğulmuşam və bu mənim bir parçamdır. Yaşadığım kənddə az qala məni tanrı sayır, evimizə hədiyyələr göndərir, burada doğulmağımın müqəddəs hadisə olduğunu düşünürlər”.


Müəllif: Cavad