29 Aprel 2018 01:14
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft”un yaradıcısı Bill Qeyts qrip əleyhinə universal peyvəndin yaradılması üçün 12 milyon dollar vəsait xərcləyəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, milyarder bu haqda Massaçusetsdə Tibb Cəmiyyətinin növbəti toplantısındakı çıxışında tədqiqat fondunun yaradılması ilə bağlı danışarkən deyib.

"Bu gün biz qripə qarşı universal peyvəndin hazırlanmasının tezləşdirilməsi üçün “Page family” ilə müştərək layihəyə start veririk. Bu işdə məqsəd yeniləri də daxil olmaqla dünyanın bütün sahələrində ən yaxşı alimlərin cəsarətli düşüncələrini ruhlandırmaqdır", - deyə Qeyts bildirib.

O çıxışında mümkün pandemiyalarla bağlı xəbərdarlıq edərək, deyib ki, dünya, xüsusən kasıb ölkələr qriplə mübarizəyə hazır deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər