29 Aprel 2018 12:43
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya Prezidenti Mun Çje İn və onun amerikalı həmkarı Donald Tramp telefon danışığı zamanı ABŞ-Şimali Koreya sammitinin bu iki ölkənin ərazisində keçirilməsinin mümkünlüyü məsələsini müzakirə etməyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kiodo” agentliyi Cənubi Koreya prezident administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, bir qədər öncə administrasiya iki lider arasında telefon danışığının yekunlarına dair məlumat yayıb. Məlunatda qeyd olunur ki, Mun Çje İn və D.Tramp Kim Çen İnlə görüşün keçirilməsi üçün bir neçə mümkün yeri nəzərdən keçiriblər. Onlar həmin mümkün yerlərin çatışmazlıqları və üstünlükləri barədə müzakirələr aparıblar.

CBS telekanalı isə bu gün Ağ evdəki mənbəyə istinadən Tramp-Çen İn görüşünün Monqolustanda və ya Sinqapurda baş tuta biləcəyini yazıb. Görüş yaxın 3-4 həftə ərzində keçirilməlidir.


Müəllif: Səxavət

Oxşar xəbərlər