Estoniya hökuməti 1828-ci ildə imperator I Nikolayın sərəncamı ilə inşa olunmuş qalanı hərraca çıxarmağı qərara alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.
Arxitektur və tarixi baxımdan əhəmiyyətli olan qalanı alacaq şəxs ilk 6 il ərzində kompleksdə restavrasiya işləri aparmalıdır.
Qeyd edək ki, qala əvvəlcə dənizdən mümkün hücumlardan qorunmaq üçün artilleriya batareyası kimi istifadə olunub. 1867-1920-ci illərdə əsgər kazarması, 1920-2003-cü illərdə isə həbsxana funksiyasını yerinə yetirib. 2003-cü ildən etibarən aktiv istifadə olunmayıb.