30 Aprel 2018 19:24
2 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan Ermənistanda baş nazir postuna yeganə namizəddir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Mətbuat xidməti məlumat yayıb.

"Yelk" fraksiyası ölkə konstitusiyasının müddəalarına əsasən, Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb. Başqa namizədlər yoxdur", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistanın baş naziri vəzifəsinə namizədlərin irəli sürülməsi müddəti aprelin 30-da saat 18:00-da başa çatıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər