8 May 12:30
3 767

Rusiya Prezidenti Vladimir Putin dünən baş tutan andiçmə mərasiminə yeni “Limuzin”i ilə gəlib. Məxsusi dövlət başçısı üçün hazırlanmış avtomobilin tank əleyhinə raketlərə belə davamlı olduğu bildirilir.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, dördüncü dəfə and içən Vladimir Putin əvvəllər alman istehsalı olan “Mersedes”lə mərasimə gəlirdi. Bu dəfə isə “Kortec” adlandırılan yerli avtomobillə diqqət çəkib.

ABŞ dövlət başçılarının “canavar” adlandırdıqları prezident limuzininə bənzəyən “Kortec”i Rusiya Avtomobil və Motor Araşdırma İnstitutu hazırlayıb.

Avtomobilin hazırlanması üçün 2013-cü ildən bəri 197 milyon dollar xərclənib.

“Kortec” zahirən ingilislərin “Rolls-Roys” avtomobilinə bənzəyir. Qərb ölkələrinə satılacağını da nəzərən alan ruslan maşına həm də “Aurus” adını veriblər.

Avtomobilin motoru “Porsche” firması ilə birlikdə hazırlanıb. V8 silindirli maşın 600 at gücünə sahibdir. Ancaq yaxın vaxtlarda Putinin avtomobilinin mühərriki dəyişdiriləcək. Yalnız onun maşınına V12 silindirli 850 at gücünə malik mühərrik quraşdırılacaq. 6 ton ağırlığında olan nəqliyyat vasitəsi 100 km sürəti 9 saniyəyə yığa bilir.

Avtomobilin tank əleyhinə raketlərə belə dözümlü olduğu qeyd edilib.

Putin avtomobildə nüvə raketlərini idarə edən “qırmızı” düymədən də istifadə edə bilər.


Müəllif: Ruslan
Загрузка...